Yeni mövsüm üçün avrokubokların təqvimi bəlli oldu
16.01.2024 - 16:09
Yeni mövsüm üçün avrokubokların təqvimi bəlli oldu

UEFA 2024/25 mövsümü üçün Avropa kubokları yarışlarının təqvimini müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası, yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin, iyunun 19-da isə ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyulda, Avropa Liqası və Konfrans Liqasında 11 iyulda keçiriləcək. Cavab matçları İSƏ ÇL-də 16-17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq.

ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25/26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək. Yarışların qrup mərhələləri isə Çempionlar Liqası və Avropa Liqasında sentyabrda, Konfrans Liqasında isə oktyabrda start götürəcək.

Qeyd edək ki, 2024/25 mövsümündən hər 3 turnir yeni formatda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0