Yenidən “Beşiktaş”ı arzulayır
22.04.2023 - 15:04
Yenidən “Beşiktaş”ı arzulayır

Vaut Veqhorst yenidən “Beşiktaş”ın formasını geyinmək arzusundadır. 

Apasport.az saytı xəbər verir ki, icarə əsasında “Mançester Yunayted”in şərəfini qoruyan 30 yaşlı hücumçu türk klubuna qayıtmaq istədiyini bildirib.

“Qırmızı şeytanlar”ın heyətində az oynamaqdan gileylənən Niderland millisinin forvardı yayda İstanbul klubundan təklif gözləyir.

Qeyd edək ki, “Beşiktaş” Veqhorstu mövsümün əvvəlində İngiltərənin “Bernli” klubundan icarəyə götürüb. Yarım mövsüm “qara qartal”ın heyətində çıxış edən futbolçu qış fasiləsində “Mançester Yunayted”ə keçib.

writer photo
Əlirza Əlirzalı
0