Mbappe üçün 200 milyonluq təklif
06.07.2023 - 17:48
Mbappe üçün 200 milyonluq təklif

PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaq istəyən daha bir klub bəlli olub.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu “Liverpul”un hədəfinə düşüb.

İngiltərə klubu onun keçidi ilə bağlı PSJ-yə rəsmi təklif göndərib. Premyer Liqa təmsilçisi transferi 200 milyon avroya reallaşdırmaq arzusundadır. Hazırda tərəflər keçidlə bağlı müzakirələr aparır.

Qeyd edək ki, PSJ rəhbərliyi Mbappeni satmağı nəzərdən keçirir. Hücumçu yeni müqavilə imzalamasa, bu yay başqa kluba transfer ediləcək.

writer photo
Əlirza Əlirzalı
0