Yeremi Pinodan pis xəbər
17.11.2023 - 00:07
Yeremi Pinodan pis xəbər

"Vilyarreal" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Yeremi Pino zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Dünən məşq zamanı çarpaz bağlarını zədələyən futbolçu həkim müayinəsindən keçib. Məlum olub ki, İspaniya millisinin də şərəfini qoruyan 21 yaşlı futbolçu bu mövsüm bir daha meydana çıxa bilməyəcək. O, AVRO-2024-ün final mərhələsində də iştirak edə bilməyəcək.

Qeyd edək ki, bu mövsüm La Liqada 7, Avropa Liqasında isə 3 oyun keçirən Yeremi qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0