Yovetiç Yunanıstana getdi
05.09.2023 - 13:43
“Olimpiakos” daha bir transferini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, hücumçu Stefan Yovetiç karyerasını Yunanıstan çempionatında davam etdirəcək.
Monteneqro millisinin 33 yaşlı forvardı ilə müqavilə 2024-cü ilin yayına kimi hesablanıb. Futbolçu komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, Yovetiç ötən mövsüm "Herta"da çıxış edib. O, 18 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Azərbaycan millisi Türkiyədə birgə təlim-məşq toplanışı keçirib - VİDEO
- "Qarabağ"ın rəqibi uduzdu
- Paris-2024: Dımçenko da medal şansını itirdi
- Qurban Qurbanovdan rekord üçün növbəti cəhd və ya 4 fərqli final variantı
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!
0
0