“Yuventus” de Liqtə əvəzləyici tapdı
30.06.2022 - 12:43
“Yuventus” de Liqtə əvəzləyici tapdı

“Yuventus” PSJ-nin müdafiəçisi Presnel Kimpembeni transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı mərkəz müdafiəçisi Paris klubundan ayrılmağa hazırlaşır.

Mattiys de Liqt bu yay ayrılarsa, İtaliya klubu boşluğu Fransa millisinin üzvü ilə doldurmağa çalışacaq. De Liqt hazırda “Çelsi”nin maraq dairəsindədir. İngilislər 22 yaşlı oyunçu üçün 40 milyon avro və bir futbolçu (Timo Verner və ya Kristian Pulişiç) təklif edib.

Qeyd edək ki, Presnel Kimpembe ötən mövsüm PSJ-nin heyətində 41 oyuna çıxıb, 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0