“Yuventus” Kulibalinin meneceri ilə görüşdü
02.07.2022 - 22:56
“Yuventus” Kulibalinin meneceri ilə görüşdü

“Napoli”nin müdafiəçisi Xalidu Kulibali İtaliyada klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Yuventus” Seneqal millisinin üzvünə elçi düşüb.

Turin təmsilçisi hətta 31 yaşlı mərkəz müdafiəçisinin meneceri Fali Ramadani ilə görüş də keçirib. “Qoca sinyora” Kulibalini komandadan ayrılması gözlənilən Matiys de Liqtə layiqli əvəzləyici hesab edir. Niderland millisinin üzvü “Çelsi”nin gündəmindədir.

“Napoli” Kulibalini yeni müqavilə imzalamaqdan imtina edəcəyi təqdirdə, satmağa hazır olacaq. Ancaq neapolluların prioriteti çempionatda rəqiblərini gücləndirməmək üçün müdafiəçisini xarici kluba satmaqdır.

Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0