"Yuventus"da yeni müqavilə
16.05.2023 - 19:56
"Yuventus"da yeni müqavilə

"Yuventus" Aleks Sandro ilə müqavilənin müddətini uzadıb.

Apasport.az saytı xəbər verir ki, 32 yaşlı müdafiəçi daha bir mövsüm İtaliya təmsilçisinin şərəfini qoruyacaq.

Braziliya millisinin də formasını geyinən Sandro Turin klubunda yeni uğurlar qazanacağına əmin olduğunu deyib. 

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”un uğurları üçün çalışan futbolçu bu mövsüm 36 matçda 2 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0