“Yuventus”dan Artur qərarı
07.07.2023 - 12:53
“Yuventus”dan Artur qərarı

“Yuventus” yarımmüdafiəçisi Arturla bağlı qərarını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, 26 yaşlı braziliyalı komandanın yeni mövsüm üçün planlarında yer almayıb. 

Futbolçunun "Vulverhempton"a icarəyə verilə biləcəyi bildirilir. Artur son mövsümdə icarə əsasında "Liverpul"un şərəfini qoruyub və mövsümündə 1 matçda meydana çıxıb. 

Qeyd edək ki, 2020-ci ildə İspaniya “Barselona”sından transfer edilən orta xətt oyunçusunun italyanlarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 

writer photo
Əlirza Əlirzalı
0