"Yuventus"dan darmadağın
17.01.2024 - 09:40
"Yuventus"dan darmadağın

A Seriyasının 20-ci həftəsində "Yuventus" "Sassuolo"nu qonaq edib.

Apasport.az xəbər verir ki, qarşılaşmada 3:0 hesablı qələbə qazanan meydan sahibləri çempionatda ardıcıl 4-cü qələbəsini qazanıb.

"Yuventus"a qələbə qazandıran qolları 15 və 37-ci dəqiqələrdə Vlahoviç, 89-cu dəqiqədə isə Kyesa vurub.

Bu nəticə ilə "Yuventus" xallarını 49-a yüksəldib və "İnter"dən 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. "Sassuolo" isə 19 xalda qalıb.

Qeyd edək ki, Turin təmsilçisi gələn həftə liqada səfərdə "Leççe" ilə qarşılaşacaq. "Sassuolo" isə "Monza"nın qonağı olacaq.

writer photo
Əlirza Əlirzalı
0