“Yuventus”un qara siyahısı
07.02.2023 - 17:04
“Yuventus”un qara siyahısı

“Yuventus”un yay transfer pəncərəsi üçün planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu müqaviləsi başa çatan 5 futbolçusu ilə vidalaşacaq.

Xərcləri azaltmağa qərar verən Turin təmsilçisinin Çempionlar Liqasına düşmək şansları minimuma bərabərdir. Bu üzdən də Adrien Rabio, Aleks Sandro, Xuan Kuadrado, Leandro Paredes və Anxel di Mariya ilə anlaşmalar uzadılmayacaq. 

Qeyd edək ki, “Yuventus” bununla da təkcə maaşlarda 70 milyon avro qənaət edəcək.

writer photo
Əlirza Əlirzalı
0