Zaa qərarı
24.12.2022 - 18:08
Zaa qərarı

Uilfred Zaa “Kristal Pelas”da qala bilər.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Patrik Vieyra açıqlayıb.

O bildirib ki, hücumçunu saxlamaq üçün hər şey ediləcək. Vieyra bütün liderlərinin qalmasını istəyir.

Uilfredin anlaşması 2023-cü ilin yayında bitəcək. Ona yeni anlaşma təklif olunacaq.

Qeyd edək ki, Zaa cari mövsümün 13 oyununda 6 qol və 2 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0