Zaniola “Survivor”dan sevgili tapdı
23.05.2023 - 00:42
Zaniola “Survivor”dan sevgili tapdı

“Qalatasaray”ın hücumçusu Nikola Zaniola yeni eşq macərasına başlayıb.

Apasport.az saytı xəbər verir ki, 23 yaşlı futbolçu Türkiyənin məşhur “Survivor” yarışmasının iştirakçısı Aleyna Kalaycıoğlu ilə sevgilidir.

İlk öncə sosial mediada bir-birlərini təqib etməyə başlayan cütlüyün ortaq dostları vasitəsi ilə tanış olduqları bildirilir. Xüsusilə Aleynanın son dövrlər “Qalatasaray”ın oyunlarını stadiondan izləməsi də diqqətləri cəlb edib.  

Qeyd edək ki, bu ilin əvvəlində İstanbul klubuna transfer edilən İtaliya millisinin üzvü 27 matçda meydana çıxaraq 5 qol və 4 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0