Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
29.07.2024 - 13:47
Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub

Azərbaycan Basketbol Federasiyası (ABF) gənc məşqçilər üçün seminarlar və praktiki məşğələlər təşkil edib.

Apasport.az xəbər verir ki, qurumun idman və konfrans zallarında keçirilmiş tədbir FIBA dərəcəli serbiyalı məşqçi Milan Kotaraçın rəhbərliyi altında baş tutub.

Seminarın əsas məqsədi, gənc məşqçilərin bilik və bacarıqlarının artırılması olub.

Sonda iştirakçılara federasiya rəsmiləri tərəfindən sertifikatlar təqdim edilib.

writer photo
Əlirza Əlirzalı
0