Luis Suaresə İspaniyadan təklif
04.11.2022 - 22:53
Luis Suaresə İspaniyadan təklif

Uruqvaylı hücumçu Luis Suares İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvardla “Sevilya” yaxından maraqlanır.

Hazırda ölkəsində “Nasional”ın formasını geyinən ulduz futbolçu dekabrın sonunda azad agent statusu alacaq. “Sevilya” qış fasiləsində Suaresi heyətinə cəlb etməyi planlaşdırır. Onun xidmətində həmçinin MLS klubu “Los Anceles Qalaksi” də maraqlıdır.

Qeyd edək ki, Luis Suares İspaniyada “Barselona” (2014-2020) və “Atletiko”da (2020-2022) çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0