Zədə danışıqları təxirə salıb
17.09.2023 - 16:38
Zədə danışıqları təxirə salıb

“Mançester Siti” rəhbərliyi Kevin De Bryune ilə yeni müqavilə bağlamağa hazırlaşmır.

Apasport.az-ın məlumatına görə, buna səbəb futbolçunun ağır zədə almasıdır.

Belçikalı yarımmüdafiəçinin zədədən bərpa prosesinin uzun çəkməsi danışıqları təxirə salıb. Bu məsələ baş məşqçi Xosep Qvardiolanı narahat edir. Ispaniyalı mütəxəssis 32 yaşlı futbolçunu hələ də komandanın əsas oyunçularından biri hesab edir. Mövsümün ilk oyununda zədələnən Kevinin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti”nin terbl qazanmasında De Bryunenin böyük rolu olub.
 

writer photo
Əlirza Əlirzalı
0