Zidan yenidən “Real”a doğru
12.10.2023 - 18:24
Zidan yenidən “Real”a doğru

Zinəddin Zidan yenidən “Real”ın baş məşqçisi olmaq istəyir.

Apasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu günlərdə klub prezidenti Florentino Prezlə görüşməyi planlaşdırır.

İddialara görə kral klubunun rəhbərliyi mövsümün sonunda fransızla müqavilə imzalamaqda maraqlıdır. İspanlar baş məşqçi postunda dəyişikliyin PSJ-nin hücumçusu Kilian Mbappenin transferinə müsbət təsir edəcəyini düşünürlər. Onlar Zidanın həmyerlisini komandaya gəlməyə razı salacağına inanırlar.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "kral klubu"nda əsas söz sahibi olub. Komanda fransızın rəhbərliyi altında iki dəfə İspaniya çempionatını, üç dəfə isə Çempionlar Liqasını qazanıb.

writer photo
Əlirza Əlirzalı
0