Zielinski İtaliya vətəndaşlığına keçdi
07.10.2023 - 14:51
Zielinski İtaliya vətəndaşlığına keçdi

"Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski İtaliya vətəndaşı olub.

Apasport.a xəbər verir ki, 29 yaşlı polşalı oktyabrın 6-da pasportun təqdimat mərasimində iştirak edib.

Keçən il o, ölkədə 10 ildən çox yaşamaq tələb olunan vətəndaşlıq üçün hazırlıq imtahanı verib. Oyunçu dil biliyi tələbini də yerinə yetirib.

Qeyd edək ki, 12 ildir İtaliyada yaşayan Zielinski burada ailə həyatı qurub. Orta xətt oyunçusu 2012-ci ildən "Napoli" forması geyinir.

writer photo
Əlirza Əlirzalı
0