Zola və Zidanı birləşdirəcək MƏKAN
17.03.2023 - 14:24
Zola və Zidanı birləşdirəcək MƏKAN

İtaliya futbolunun “Şöhrət zalı”na daxil ediləcək şəxslərin adı açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, buraya 4 futbolçunun adı salınacaq. 

"Napoli"nin keçmiş futbolçusu Canfranko Zola, "Yuventus"un keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan, hücumçusu Kristiana Girelli və "İnter"in sabiq hücumçusu Alessandro Altobellidir.

Məşqçilərdən isə Roma"nın baş məşqçisi Joze Mourinyo və "Milan"ın mərhum baş məşqçisi Sinişa Mihayloviç bu nüfuza layiq görülənlər sırasındadırlar.

Qeyd edək ki, mərasim yaxın aylarda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0