Zorlamada adı hallanan futbolçu PSJ-də oynaya biləcək
02.03.2023 - 00:49
Əşrəf Hakimi seksual qalmaqalla bağlı vəziyyətə baxmayaraq, PSJ-də oynaya biləcək.
Apasport.az ESPN-ə istinadən xəbər verir ki, Mərakeş millisinin cinah müdafiəçisi Liqa 1-də şənbə günü keçiriləcək "Nant"la görüşdə meydanda olacaq.
Qeyd edək ki, Əşrəf Hakimi 24 yaşlı qızı zorlamaqda şübhəli bilinir. Hakiminin ətrafı və vəkili bu faktı təkzib edib. PSJ isə futbolçuya dəstək bəyanatı yayıb. Prokurorların araşdırmaya başladığı, lakin Hakimiyə qarşı rəsmi ittiham irəli sürülmədiyi bildirilir. Futbolçunun özü isə vəziyyəti şərh etməyib.
0
0