Təmsilçimiz dünya reytinqində 7-ci pillədə yer alıb
22.07.2024 - 10:56
Təmsilçimiz dünya reytinqində 7-ci pillədə yer alıb

Dünyanın ən güclü çəkicatanlarının reytinq siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Skidan 7-ci pillədə yer alıb.

Təmsilçimizin hesabında 1280 bal var. Cədvələ kanadalı Kamrin Rocers başçılıq edir. Növbəti pillələrdə amerikalı atletlər - Canni Kasanavoid və Deanna Prays qərarlaşıblar.

Qeyd edək ki, Anna ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

writer photo
Əlirza Əlirzalı
0