Antoni Portuqaliya yolunda
08.08.2025 - 15:53
"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını Portuqaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Benfika" yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, komanda braziliyalını mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Lakin "Yunayted" 25 yaşlı vingeri satmağı planlaşdırır. "Qırmızı şeytanlar" futbolçunu istəyən klublardan 40 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında "Real Betis"də çıxış etmişdi.
- ÇL: Cavab görüşlərinə start verilib - YENİLƏNİB
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- “Sabah” “İmişli”ni darmadağın etdi - YENİLƏNİB
- “Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB
- “Kopenhagen”in baş məşqçisi: “Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik”
0
0