Ekvadorlu müdafiəçi “Milan”da - RƏSMİ
24.07.2025 - 20:54

İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"dan Pervis Estupinanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" ekvadorlu futbolçu üçün İngiltərə klubuna 17 milyon avro təzminat ödəyəcək. 27 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Brayton" Pervis Estupinanı 2022-ci ildə "Uotford"dan transfer etmişdi. Ekvador millisinin üzvü ötən mövsüm komandasının heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 1 assistlə yadda qalıb.
- Elmar Baxşıyev: “Nöqsanları aradan qaldırmaq lazımdır”
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
- Fransalı yarımmüdafiəçi “Əl-Əhli”də - RƏSMİ
0
0