Kerem Demirbayın yeni klubu bəlli oldu
02.07.2025 - 14:34
Daha əvvəl xəbər verdiyimiz kimi, Kerem Demirbay "Qalatasaray"ı tərk edib.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yeni klubu bəlli oldu.
Almaniya millisinin sabiq üzvü karyerasını "Eyüpspor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kerem daha əvvəl "Borussiya Dortmund", "Hamburq", "Düsseldorf" və "Bayer" kimi komandaların şərəfini qoruyub.
- KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
- "Araz" onun da biletini kəsdi - Ya satılacaq, ya da icarəyə göndəriləcək
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Şengün 39 xalla rekord qırdı, komandası uduzdu
- "Səbail" kapitanı ilə müqavilə yeniləyib - RƏSMİ
0
0