"Qalatasaray" Türkiyə Super Liqasının III turu çərçivəsində səfərdə "Kayserispor"u 4:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Buruk bir sıra açıqlamalar verib.
Təcrübəli mütəxəssis son günlərdə gündəmi zəbt edən Barış Alper Yılmaz məsələsi haqqında fikirlərini dilə gətirib:
“Barış Alper bizim üçün çox dəyərli və xüsusi bir futbolçudur. O, gənc oyunçudur, səhv də edə bilər. Amma pis niyyətli olmadığını bilirik. Bundan əvvəlki iki oyunda göstərdiyi performansı unutmamalıyıq. Barışla danışmışıq. Onun hazırda bir az fikri qarışıqdı, amma bunu komandaya yansıtmamalı idi. Ona sahib çıxmaq lazımdır. Hər insan səhv edə bilər. Keçən mövsüm qış fasiləsində təklif gəlmişdi, amma burada qaldı və birlikdə çempion olduq. Biz bu dövrdə oyunçu satmağı düşünmürük. Heyətimizi daha yaxşı vəziyyətə gətirmək istəyirik. Futbolun içində bu cür hallar baş verir. Hazırda heyətimizi qorumaq və vacib gücləndirmələr etmək istəyirik".
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- Super Liqa: “Fənər” turu qələbə ilə başa vurdu
- “Kasımpaşa” “Fənərbaxça”nın daha bir futbolçusunu heyətinə qatıb
- Riçard Trautman: “Əsas hədəfimiz Azərbaycanda keçiriləcək dünya çempionatıdır”
- İstanbul derbisində sevinən tərəf “Fənər” oldu - TARİXDƏ İLK DƏFƏ