“Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək
04.12.2025 - 21:48
"Qalatasaray"ın Ademola Lukman israrı davam edir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Atalanta” ilə anlaşmazlıqlar yaşayan hücumçu üçün təklif hazırlayıb.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Mənbəyə görə, “sarı-qırmızılılar” 28 yaşlı forvard üçün klubuna 50 milyon avro, oyunçunun özünə isə illik 6 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisi ilə çıxış etdiyi 13 rəsmi matçda 3 qol və 1 assistlə yadda qalıb.
- “Fənərbaxça”dan Sadettin Saran haqqında açıqlama
- Rakitiç karyerasını başa vurub - VİDEO
- DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
- “Yunayted”də “təmizlik işləri” – 4 futbolçu göndəriləcək
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
0
0