Daha bir legionerimiz Azərbaycana qayıdır - Bu dəfə Cəlal...
02.09.2024 - 21:47
U-21 yığmamızın kapitanı Cəlal Hüseynov Azərbaycanda oynayacaq.
Apasport.az saytına verilən məlumata görə, o, “Arda”da qalmayacaq.
Belə ki, futbolçu “Kəpəz”ə keçəcək. Hüseynov Azərbaycana gəlsə də, “Arda”dan birdəfəlik ayrılmayacaq. Futbolçu Gəncə klubunda icarədə oynayacaq. O, “Kəpəz”in yaxşı maliyyə təklifinə yox deməyib. Ancaq bu mövsümün sonunda Cəlal "Arda"ya geri qayıdacaq.
Belə ki, onun Bolqarıstan klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Adil Şükürov: “Gözlədikləri “Kəpəz”i görəcəklər”
- Karlos Sayns: “Azərbaycan Himni mənə güc verir”
- Təmsilçilərimiz finala YÜKSƏLDİ
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- "Qarabağ"ın forvardı getmək istəyir, meneceri komanda tapa bilmir - ÖZƏL
0
0