Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransı təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin futbolçusu Elvin Əlizadə də iştirak edib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Son dünya çempionatındakı komandamızla indiki arasında fərq çoxdur? Minifutbolda Avropa çempionu olmusuz, yalnız dünya çempionluğu qalıb. Bu məqam motivasiyanızı artırır?
- Daha da yaxşılaşmışıq. Lap yaxşı duruma gəlmişik. Bunun da nəticəsini birlikdə görəcəyik. Dünya çempionu olsaq, lap yaxşı. Uğurumuzu daha da artırarıq.
- Futbolçuların hazırkı durumu necədir? Kollektivlə yəqin ki, söhbətləşirsiz...
- Hər şey yaxşıdır. Baş məşqçinin texniki-taktiki, fiziki tapşırıqlarını yerinə yetirməyə çalışmışıq. Heç bir problem yoxdur.
- "Qalatasaray" istədi, "Marsel" aldı - RƏSMİ
- Renat Azərbaycan klublarından son anda imtina edib - Ölkəyə gəlirmiş
- "Qarabağ"ın hücumçu transferində son durum: İSPANİYALININ KEÇİDİ ALINACAQ?
- Dünya turu üçün yeni loqo təqdim edildi
- Kaxaber Tsxadadze: “Hər komandanın “Qəbələ”yə qarşı motivasiyası böyükdür”