“Səbail”in kapitanı Rüfət Abdullazadənin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.
Amma futbolçuya gələn təkliflər az deyil.
Apasport.az saytına verilən məlumata görə, Abdullazadəni israrla istəyən və onun üçün transfer məbləği ödəməyə də hazır olan klub “Turan Tovuz”dur.
Kurban Berdiyev azərbaycanlı futbolçunu sərəncamında görmək istəyir və klub hətta bunun üçün hətta 100 min manata yaxın pul da ödəməyə hazırdır.
Lakin Abdullazadə hələ ki seçimini etməyib. Belə ki, futbolçu karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir.
Bu istəyi baş tutmasa, sonda “Turan Tovuz”la müqavilə imzalayacaq.
Rüfətin “Səbail”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- “Neftçi”nin kapitanı bəlli oldu - RƏSMİ
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb - FOTO
- Rəşad Sadıqov: "Əvvəlki matçlardan fərqli olan bu idi"
- Renat Azərbaycan klublarından son anda imtina edib - Ölkəyə gəlirmiş
- Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl”