Millimiz məğlub oldu
14.03.2024 - 20:54
Millimiz məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasında ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz qrup matçlarına ev sahibliyi edən Bolqarıstan yığmasına 1:6 hesabı ilə uduzub.

Komandamızın heyətində yeganə qolun müəllifi 25-ci dəqiqədə Xanm Əsədova olub. Qrupun digər matçından Sloveniya futbolçuları Moldovaya 6:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, yığmamız növbəti oyununu martın 17-də Sloveniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

writer photo
İsmayıl Xeyrullayev
0