"Neftçi" niyə "Qarabağ"la ard-arda oynayacaq?: BELƏ İSTƏDİLƏR - ÖZƏL
17.03.2026 - 13:08
"Neftçi" niyə "Qarabağ"la ard-arda oynayacaq?: BELƏ İSTƏDİLƏR  - ÖZƏL

Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı ilə bağlı daha bir detal bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, oyunun keçirilmə tarixi ilə bağlı yekun qərarı "Neftçi" verib.

Belə ki, PFL tərəfindən qarşılaşmanın yeni vaxtı üçün iki variant təklif olunub.

İlkin versiya həmin görüşün XXVII və XXVIII tur aralığına salınması olub. Lakin "Neftçi" həmin ərəfədə "Araz-Naxçıvan" və "Zirə" ilə qarşılaşacağından bunu məqbul hesab etməyib.

Nəticə etibarilə "ağ-qaralar" təklif olunan digər variantı seçib. Buna səbəb klubun avrokuboklara mübarizədə rəqibi olan komandalarla görüşü daha ciddi hesab etməsi olub.

Ayın 25-i üz-üzə gələcək komandalar PFL-in təklifi və "Neftçi"nin razılığı əsasında aprelin 30-da yenidən qarşılaşacaqlar.

Beləliklə, 21 və 29-cu tur çərçivəsində 4 gün arayla iki "Neftçi" - "Qarabağ" matçı izləyəcəyik.