"Neftçi"nin zədəlilərinin durumu bəlli oldu
12.01.2024 - 20:54
"Neftçi"nin zədəlilərinin durumu bəlli oldu

"Neftçi"nin zədəli futbolçularının durumu bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Hazırda Serbiyada müalicə prosesini davam etdirən oyunçular Qara Qarayev və Reziuan Mirzovun son durumu açıqlanıb. Qara Qarayev 16 yanvar  tarixində komanda Bakıda məşqləri bərpa etdikdən sonra mərhələli şəkildə hazırlıqlara başlayacaq. Reziuan Mirzov isə döndükdən sonra Bakıda müalicə və bərpa prosesini davam etdirəcək.

writer photo
İsmayıl Xeyrullayev
0