"Qarabağ" Fransa millisinin sabiq futbolçusunu transfer etməyəcək - SON DƏQİQƏ
02.02.2026 - 14:25
Adı "Qarabağ"la hallanan daha bir futbolçunun transferi baş tutmayacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, "Sumqayıt"ın yarımmüdafiəçisi Nsana Simon komandada qalacaq.
Xarici informasiya portallarında onun Ağdam klubuna keçidi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Futbolçu "Qarabağ"ın transfer siyahısında yer almayıb. O, karyerasını "Sumqayıt"da davam etdirəcək. Tərəflər arasında imzalanan müqavilə yaya qədər qüvvədədir.
Qeyd edək ki, Simon Fransa millisinin 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edib.
0
0