
"Qarabağ"ın daha bir futbolçusu Avropa klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Marko Yankoviç komandanı tərk edə bilər.
Onun xidmətində bir neçə Avropa klubu maraqlıdır.
Yarımmüdafiəçiyə Macarıstan, Xorvatiya və Polşa təmsilçilərindən ciddi təkliflər var. Monteneqrolunun keçidində ən israrlı tərəf Zaqreb "Dinamo"sudur.
Futbolçunun özü də Xorvatiya nəhəngində oynamağa müsbət yanaşır. Lakin hələ ki, Zaqreb təmsilçisi "Qarabağ"a rəsmi təklif göndərməyib.
Ağdamlıların Yankoviç üçün yüksək məbləğ tələb etdiyi bildirilir. Klub onun transferindən ən azı 2-3 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Marko 2022-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
- "Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"
- Qurban Qurbanov: “Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz”
- Cahangir Fərəcullayev: “Sıfırdan ev tikməliyik”
- II Liqada 3-cü turun oyun cədvəli bəlli oldu
- Azərbaycan Rusiyaya dəstək verməyib - AFFA YALANLADI - ÖZƏL