“Kəpəz” baş məşqçi dəyişikliyi etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub yeni sezon üçün bu posta Mirça Redniki dəvət etməyi planlaşdırır.
Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.
Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin “Kəpəz”ə “gələrəm” dediyi də olub.
Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Gəncə klubuna gəlməyə razıdır.
Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində “Əl-Nəsr”, “Əl-Faysali” (hər ikisi Səudiyyə Ərəbistanı), “Alaniya” (Rusiya), “Gent”, “Standart”, “Muskron” (hamısı Belçika) və “Xəzər Lənkəran”ı çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçi postundadır.
- Ruslan Qafitullin: “Fürsətlərdən istifadə edə bildik”
- Badmintonçumuz Malayziyada bürünc medal qazandı
- Miodraq Bojoviç: “Sumqayıt” bu gün layiqli qələbə qazandı”
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ
- "Sabah"ın 111 yaşlı rəqibi: Bolqarıstan futbolunun xalq klubu