"Sabah"ın matçının saatı bəlli oldu
11.01.2024 - 20:55
"Sabah"ın matçının saatı bəlli oldu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, rəqib Ukraynanın “Vorskla” klubu olacaq.

Matç yanvarın 14-də Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00) başlayacaq. Görüş Hüseyn Aygün Futbol Mərkəzinin stadionunda baş tutacaq.

Qeyd edək ki, "Sabah" ilk yoxlama oyununda Rumıniya "Rapid"ini 2:1 hesabı ilə məğlub edib.

writer photo
İsmayıl Xeyrullayev
0