"Səbail" Rusiya klubuna uduzdu
15.01.2024 - 20:54
"Səbail" Rusiya klubuna uduzdu

"Səbail" növbəti yoxlama matçını keçirib.

Apasport.az xəbər verir ki, "dənizçilər" Rusiya təmsilçisi "Fakel"lə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə nəticələnib - 1:0. Yeganə qol 69-cu dəqiqədə penaltidən vurulub.

Qeyd edək ki, "Səbail" ilk oyunda “Universitatya Kluj”la heç-heçə edib - 0:0.

 

writer photo
İsmayıl Xeyrullayev
0