“Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır”.
“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov deyib.
O, hər şeyə yenidən başlayacağını bildirib: “Son döyüşdə qələbə üçün hazırlığım kifayət etmədi. İndi hər şeyi sıfırlamışam. Şənbə günü yenidən başlayacam. Oktaqonda olarkən içimdəki hisslər ortaya çıxır. Bu, vəhşi görünə bilər”.
Sadıxov hazırlıq prosesini dəyərləndirib: “Məşqlərdə bir çox şeyi dəyişmişəm. Sırf rəqibimə fokuslanmışam. Hazırlığa yeni məşqçi və sparrinq rəqibləri cəlb etmişəm. Üzərimdə çox çalışmışam. Xalqım və azarkeşlər üçün döyüşəcəm”.
Nazim mümkün bonuslardan danışıb: “Bonus heç vaxt məqsəd deyil. Üslubum həyəcanvericidir. Bu səbəbdən bonus özü məni tapır”.
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
- “Barselona”dan ardıcıl 6-cı qələbə
- Yusuf Dikeç Lamiyə Vəliyevanı təbrik edib - VİDEO
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- "Formula-1" Azərbaycan Qran-prisi: Bakı Şəhər Halqasında Heyrətamiz Yarış
- “Zirə” onunla bağlı qərarını verdi: Tiaqo Silva planı