Tahir Abdullayevdən UFC-də növbəti qələbə
21.11.2026 - 21:18
Tahir Abdullayevdən UFC-də növbəti qələbə

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, 29 yaşlı idmançı Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Mettyusla üz-üzə gəlib.

Yarımorta çəki dərəcəsində baş tutan qarşılaşma üç raund davam edib. Abdullayev rəqibi üzərində üstünlük quraraq hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Bu, Azərbaycan təmsilçisinin UFC-də ardıcıl ikinci qələbəsi olub.

Qeyd edək ki, Tahir Abdullayev iyunun 27-də Bakıda keçirilən UFC turnirində debüt edib. O, ilk döyüşündə braziliyalı Cefferson Nasimentonu üçüncü raundda texniki nokautla məğlub edib.