"Beşiktaş"ın futbolçusu "Marsel"də
08.01.2024 - 19:22
"Beşiktaş"ın futbolçusu "Marsel"də

"Marsel" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Fransalılar "Beşiktaş"ın yarımmüdafiəçisi Jan Onananı rənglərinə bağlayıb. Futbolçu ilə icarə müqaviləsi imzalanıb. Sözləşmədə futbolçunun sonradan tam hüquqlarının alınması bəndi nəzərdə tutulub. 

Qeyd edək ki, o, Türkiyə klubuna 2023-cü ilin yayında qoşulub.

writer photo
İsmayıl Xeyrullayev
0