İtaliya derbisində sevinən tərəf “İnter” oldu
05.02.2024 - 02:05
İtaliya derbisində sevinən tərəf “İnter” oldu

İtaliya A seriyasında 23-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki,  "İnter" "Yuventus"u qəbul edib.

Görüş "neradzurri"nin qələbəsi ilə nəticələnib. Meydan sahibləri 37-ci dəqiqədə Federiko Qattinin qolu ilə qalibiyyəti əldə edib - 1:0.

Qeyd edək ki, "İnter" 57 xalla 1-ci, "Yuventus" isə 53 xalla 2-ci pillədə qərarlaşıb.

writer photo
İsmayıl Xeyrullayev
0