"Mançester Yunayted" "Jirona"nın müdafiəçisini istəyir
05.01.2024 - 19:54
"Mançester Yunayted" "Jirona"nın müdafiəçisini istəyir

"Mançester Yunayted" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub "Jirona"nın müdafiəçisi Migel Qutyerreslə maraqlanır.

"Qırmızı şeytanlar"ın skautları 22 yaşlı futbolçunun çıxış etdiyi görüşlərdə iştirak edib. “Mançester Yunayted”in cari transfer dönəmində Qutyerresi almaq variantını ciddi şəkildə nəzərdən keçirdiyi vurğulanır. Klub onu Serxio Reqilonun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Reqilon qış transfer pəncərəsində komandanı tərk edib.

writer photo
İsmayıl Xeyrullayev
0