“Mançester Yunayted”dən “Sevilya”ya
06.01.2024 - 22:28
“Mançester Yunayted”dən “Sevilya”ya

"Mançester Yunayted"in yarımmüdafiəçisi Hannibal Mecbri komandanı tərk edir.

Apasport.az xəbər verir ki, o, icarə əsasında "Sevilya"ya keçməyə qərar verib.

Futbolçunun xidmətində “Lion” və “Frayburq” da maraqlı olsa da, tunisli yarımmüdafiəçi və onun nümayəndələrinin seçimi əndəlüslülər olub. "Sevilya" 2023-cü ilin avqustundan "qırmızı şeytanlar"la onunla bağlı danışıqlar aparır.

Qeyd edək ki, klub nümayəndələri yaxın vaxtlarda icarə müqaviləsinin şərtlərini müzakirə edəcəklər.

writer photo
İsmayıl Xeyrullayev
0