“Real”ın rəqibi “Barselona” oldu
12.01.2024 - 00:54
“Real”ın rəqibi “Barselona” oldu

İspaniya Superkubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, "Barselona" "Osasuna" ilə qarşılaşıb.

Görüşün ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra kataloniyalılar Robert Levandovski və Lamin Yamalın qolları ilə qələbə qazanıb - 2:0. Bununla da, komanda finalda "Real"ın rəqibi olub.

Qeyd edək ki, Superkubokun həlledici görüşü yanvarın 14-də keçiriləcək.

 

writer photo
İsmayıl Xeyrullayev
0