Smollinqin yeni klubu bəlli olub
03.09.2024 - 01:23
Smollinqin yeni klubu bəlli olub

Kris Smollinq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Roma" 34 yaşlı ingilis futbolçusunu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fayha" klubuna satıb. 

İngiltərəli yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

İngiltərə millisinin sabiq üzvü olan Smollinq 2019-cu ilin avqust ayından İtaliya klubunda çıxış edirdi. O, "canavarlar"ın heyətində 155 matça çıxıb, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

İngilis futbolçusu karyerası ərzində "Mançester Yunayted" və "Fulhem" formalarını da geyinib. 

Qeyd edək ki, Kris son mövsümdə "Roma"nın heyətində cəmi 8 oyunda meydana çıxıb.

 

writer photo
İsmayıl Xeyrullayev
0