Futzal üzrə Azərbaycan Yüksək Liqasının startına az qalıb.
Hələ ki, elitada komanda sayının neçə olacağı bəlli deyil. Ölkə çempionatının iştirakçılarının adına yaxın müddətdə aydınlıq gələcək. Ötən mövsüm Yüksək Liqada 6 klub iştirak edib. “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi”, “Yasamal”, U-19 və “Record Club”un mübarizə apardığı yarışın qalibi Muxtar Respublika təmsilçisi olub.
Apasport.az-a daxil olan məlumata görə, bu mövsüm komanda sayının artımı müzakirə olunur. Futzal Federasiyası bununla bağlı işlər aparır. Hazırda klubların müraciətlərinə baxılır. Müraciətçilərdən maliyyə və rəqabətədavamlılığı uyğun olanlar Yüksək Liqada iştirak hüququ qazana bilər.
Qeyd edək ki, İcraiyyə Komitəsinin yekun qərarı yaxın müddətdə açıqlanacaq.
- "Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar, təəssüf ki, “Neftçi” “öldü”
- Rza Cəfərovun transferi baş tutmadı - SƏBƏBİ BƏLLİ OLDU
- “Turan Tovuz” “Neftçi”nin futbolçusunu hədəfləyir - EKSKLÜZİV
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- Təmsilçilərimizdən növbəti qızıl medal