“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2024/25 mövsümünün sonunda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin Səudiyyə Ərəbistanı çempionatında işləmək variantı var.
Səudiyyə Ərəbistanı klubu Qvardiolaya təklif göndərib
Adı açıqlanmayan klublardan biri Qvardiolaya iş təklif edib. Ona Mançesterdəki maaşından daha yüksək maliyyə şərtləri təklif olunub.
Qvardiolanın "Siti" ilə müqaviləsi nə vaxt bitir?
54 yaşlı mütəxəssis 2016-cı ilin yayından “Mançester Siti”də çalışır. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
“Mançester Siti”nin Qvardiolanı “Real”ın baş məşqçisi Karlo Ançelotti ilə əvəzləmək istədiyi deyilir.
- Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"
- İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb
- Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb
- Diniyev ilk oyununda dubl etdi, komandası qələbə qazandı - video
- III MDB Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib