"Milan" Nkunku ilə razılaşıb
28.08.2025 - 16:45
A Seriyası təmsilçisi "Milan" "Çelsi"nin hücumçusu Kristofer Nkunkunun transferini bitirib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Razılaşmaya əsasən, rossonyerilər 27 yaşlı hücumçu üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.
Fransalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.
Transferin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, Nkunku karyerası boyunca PSJ və "Leypsiq" kimi klubların da formasını geyinib.
- Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir
- "Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO
- "Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxarılır
- Super Liqa: “Sivasspor”dan heç-heçə, “Antalyaspor”dan qələbə
- Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"
0
0