"Araz-Naxçıvan" 2 futbolçusu ilə müqavilə yeniləyib
03.06.2025 - 11:11

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.
Apasport.az xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək.
Hər iki oyunçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
- “Neftçi” daha 2 futbolçu ilə yollarını ayırıb - Rəsmi
- "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
- Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
0
0