Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur"
13.07.2025 - 13:18
Ceyhun Sultanov: "Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur"

"Transferlərlə bağlı öncədən nəsə demək olmur".

Bunu apasport.az-a açıqlamasında futbol mütəxəssisi Ceyhun Sultanov deyib. 

O, "Qarabağ"ın bumövsümkü transferlərini dəyərləndirib: 

"Qarabağ"ın transferləri adətən Portuqaliya II liqasından olur. Onları gətirib daha da inkişaf etdirib, yaxşı halda satıb normal futbolçular transferlər edirlər. Bunu praktikada da keçmişik: Kadi, Almeda, Medina.. Bu futbolçular eyni praktikadan keçiblər. İndidən desək ki, "Qarabağ" bu futbolçularla heç nə edə bilməyəcək, bu, düzgün olmaz. Buna zaman lazımdır. Transfer olunan futbolçular öz liqalarında elə də güclü olmayan futbolçulardır. Amma zamana ehtiyac var. Tam hazırlıq üçün bir müddət gərək olacaq.Biz həmişə azarkeşlər olaraq "Qarabağ"dan güclü transferlər gözləyirik. Lakin komandanın öz dəsti-xətti var. Onlar tanınmayan transferlər edir, həmin futbolçuları qaldırır, daha yaxşı vəziyyətə gətirirlər. Hər klubun öz yolu var. "Qarabağ" da bu yolda addımlayır. Hələlik bu, "Qarabağ" üçün uğurlu yoldur".

Qeyd edək ki, Ağdam klubu Kris Kuaku, Dani Bolt və Pedro Bikalyonu transfer edib.